Yaponiyada zəlzələ: 8 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Yaponiyada zəlzələ: 8 nəfər öldü

Dünya

12 May 2023 12:21 614


Mayın 11-nə keçən gecə Tokio yaxınlığındakı Çiba prefekturasında baş vermiş zəlzələ qurbanlarının sayı 8 nəfərə çatıb.

Yenisabah.az NHK-ya istinadla xəbər verir ki, 5,2 bal gücündə zəlzələ yerli vaxtla saat 04:16-da (Bakı vaxtı ilə saat 23:16-da) baş verib.

Ocaq 40 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların maksimal gücü Yaponiyada qəbul edilən 7 ballıq şkala üzrə 5 bal olub, sunami təhlükəsi elan edilməyib.

Zəlzələ nəticəsində qatarların hərəkəti müvəqqəti dayandırılıb, çoxmərtəbəli binalarda liftlər 5 saatlıq dayanıb. İlkin olaraq üç qurbanın olduğu bildirilir.

Mütəxəssislər xəbərdarlıq ediblər ki, belə güclü təkanlar təxminən bir həftə ərzində baş verə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!