Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı açıqlandı

Dünya

06 Yanvar 2026 18:19 512


Yaponiyanın qərbində 6,4 maqnitudalı zəlzələ nəticəsində doqquz nəfər xəsarət alıb.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

"Bu gün Yaponiyanın qərbindəki Şimane və Tottori prefekturalarında bir neçə güclü zəlzələ baş verib.

Birinci zəlzələnin maqnitudası 6,4 olub. Ölkənin Meteorologiya Agentliyinin məlumatına görə, sunami müşahidə edilməyib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Şimane prefekturasında dörd, Tottori prefekturasında bir, qonşu Hiroşima prefekturasında iki, Okayama prefekturasında isə bir nəfər yaralanıb", - məlumatda bildirilib.

Qeyd edək ki, zəlzələnin episentri Şimane və Tottori prefekturaları ərazisində, ocağı isə 10 km dərinlikdə yerləşib. İlkin olaraq zəlzələnin 6,2 maqnitudalı olduğu barədə məlumat verilsə də, daha sonra yaponiyalı seysmoloqlar maqnitudanın 6,4 olduğunu bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!