Yaqub Zurufçudan son xəbər

saytların hazırlanması

Evə çatdırılma

Yaqub Zurufçudan son xəbər

Sosial

11 Sentyabr 2021 14:02 1202


Koronavirusa yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

"Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov Musavat.com-a bildirib ki, sənətçinin vəziyyəti ağır qiymətləndirilir.

"Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir. Saturasiyasi 95-96-dır, qızdırması yoxdur. Vəziyyətinə uyğun intensiv terapiya davam edir. Vəziyyəti ağır stabil olaraq qalır",- şöbə müdiri bildirib. pizza mizza

Qeyd edək ki, əməkdar artistin vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!