“Yardım alan adamların üzünü göstərmək olmaz”   – Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

“Yardım alan adamların üzünü göstərmək olmaz” – Əməkdar artist

Şou

18 Aprel 2020 13:49 1926


Koronavirus pandemiyasının yayılması ilə əlaqədar bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda karantin rejimi tətbiq olunub. Hazırda strateji sahələrdə çalışan insanlar istisna olmaqla, əhalinin böyük əksəriyyəti evdə qalır

Yenisabah.az karantin müddətində evdə olan yaradıcı adamların vəziyyəti, ovqatı, gördükləri işlərlə bağlı silsilə müsahibələr təqdim edir. Bu dəfəki qonağımız Əməkdar artist Dilarə Əliyevadır. 

- Dilarə xanım, karantin günlərini evdə necə keçirirsiniz? Bütün günü evdə nələrlə məşğul olursunuz?  Pepperoni pizza

- Hamı kimi mən də evdəyəm. Tərcümələrim vardı ruscadan, pyes var idi yarımçıq qalmışdı onu tərcümə etdim. Ülviyyə Heydərovanın pyeslərini oxudum. Özümün xeyli vaxtır yığılıb qalan yazılarım vardı, onlara göz gəzdirdim. Verilişdəki çıxışlarıma göz atdım, köhnə albomlarıma, fotoşəkillərimə baxdım. Kimlərlə çoxdandır əlaqə saxlaya bilmirdimsə fürsətdən istifadə edib onlara zəng vurdum, hal-əhval tutdum. Artıq planı doldurmuşam, hamısı ilə doya-doya danışıram. Evdə olduğum müddətdə çalışıram makiyajsız olam ki, üzüm də dincəlsin. Həftədə iki-üç dəfə əlimin altında olan ləvazimatlarla maskalar edirəm. Xama, çörəkotu, cəfəri, gerkules əlimə nə keçsə onla maska hazırlayıram. Detokslar edirəm. Çoxlu film, seriallara baxıram. Hətta 62 bölümlük serialı artıq bitirmişəm. Boş dayanmamışam. Bir də görürsən gün bitəndə öz özümə deyirəm ki, “mən neçə gündür heç eyvana da çıxmamışam”. 

- Bəs bütün günü evdə oturmaqdan sıxılmırsınız? 

- Başımı qata bilirəm, düşdüyüm situasiyaya köklənməyi bacaran insanam. Çalışıram ki, hazırkı vəziyyətdən əziyyət çəkməyim, əksinə onun keyfini çıxarım. Onsuz da həmişə ora-bura qaçmışıq, yorulmuşuq, indi bir az dincəlməyə, necə deyərlər, “kafa dinləməyə” ehtiyacımız var idi. Başqalarını deyə bilmərəm, amma bu karantin mənə çox yaxşı gəldi. 

- Karantin günlərində yaxınlarınızla görüşürsünüz? Onlar üçün necə, darıxmısınızmı? 

- Yox, görüşə bilmirik. Qızım Aytən ailə həyatı qurub, öz qızımın üzünü martın 12-dən bəri görməmişəm. Heç onun evdən çıxmasını istəmirəm də. Mən özüm də çıxmıram, onlara da qoymuram. Bir aydan artıqdır qızımı görə bilmirəm, təbii ki, darıxıram. Anam qardaşımgillə qalır, onlar Sumqayıtda yaşayırlar, onları da görə bilmirəm. Hər gün anam, qaynanamla telefonla danışırıq, hal-əhval tuturuq. 

- Dünyanın hər yerində sənət adamları koronavirus üzündən işini itirən insanlara yardım kampaniyasına başlayıblar. Azərbaycanda da bu gün xeyli yardımlar edilir. Bəs siz necə ehtiyacı olanlara köməklik göstərirsinizmi? 

- Böyük danışmaq kimi çıxmasın, evdə oturmaqla da deyil, gərək hamı bir-birinə dəstək olsun. Belə bir dönəmdə kiməsə yardım etməklə də rahatlıq tapmalıyıq. Bu baxımdan bacardığım qədər ehtiyacı olanlara, tanıdıqlarıma, hansının ki, vəziyyətindən xəbərim var, onlara yardımlar da etməyə çalışıram. 

- Yardım kampaniyasına qoşulan sənət adamlarına münasibət birmənalı deyil. Məşhurları bu çətin durumda özlərini reklam etməkdə günahlandıranlar var. Siz nə düşünürsünüz? 

- Bilirsiniz necədir, bu gün edilən yardımlardan çox razıyam. Bu çox yaxşı haldır ki, insanlara dəstək olanların sayı artır. Kim ki, öz vəsaiti hesabına ehtiyacı olanlara köməklik göstərir, onları dəstəkləyirəm. Amma bir şeylə razılaşmıram ki, yardım edilən insanları çəkib göstərirlər. Düzdür, mən onları da anlayıram, çəkib göstərməyəndə insanlar inanmırlar, amma biz bu yaxşılıqları kimsə inansın deyə etmirik axı… Yetər ki, o ehtiyacı olana köməyi dəysin. Bundan mən də bir az narahat oluram. Çalışaq ki, yardım etdiyimiz insanların üzünü göstərməyək. Çəkiliş olsa belə elə olsun ki, üzləri görünməsin. Kim ki, belə vəziyyətdə yardım əlini uzadır, Alllah onların köməyi olsun. 

- Sizcə karantin günlərində telekanallar insanlara lazımi stimulu verirmi? 

- Kanallarımız sutkada 24 saat virusla bağlı təbliğat aparırlar. İdmanlar, dietalar məsləhət görülür, psixoloqlar çıxıb danışır, hər kəs bacardığı qədər əhaliyə məsləhətlər verir. Xəstəliyin gedişatı haqda, yoluxmadan qorunmaq üçün məsləhətlər verilir. Kanallar həqiqətən çox çalışırlar. Düşünürəm ki, vəziyyət yaxşılığa doğru gedirsə, buradan KİV-in rolu da çox böyükdür. Hazırda sırf əyləncə proqramların çəkiliş aparması üçün vəziyyət məhduddur. Lakin xəstəliklə bağlı məlumat kifayət qədərdir. 

- Dilarə xanım, səhnədən, sənətdən də uzaq düşmüsünüz, bəs sənət üçün darıxmırsız? 

- Təbii ki, darıxmışam. Sənət insanı gördüyü işdən bezmir, zövq alır. Amma sizə bir şey deyim, sənət insanının da bəzən dolmağa ehtiyacı var. Bəzən bir qırağa çəkilib, baş verənləri analiz etməyə, sonra da topladığı enerjini partlatmağa ehtiyac olur. Mən yaxşı ki, tədbirli olmuşam. Verilişimi karantindən əvvəl çəkmişdim. Ona görə də karantin müddətində bu baxımdan əziyyət çəkmədim. Biz də öz növbəmizdə baş verənlərə öz prizmamızdan yanaşırıq. Mən də karantin müddətində maraqlı bir “stand-up” hazırlamışam. İnşallah, gələn həftə tamaşaçılara onu təqdim edəcəyəm. Məsələyə Dilarəsayağı baxış təqdim etmişəm, bunu gözləyin gələn həftə mütləq ekranlarda olacaq. 

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!