Yardımlı rayonunun Sırıq kəndində aparılan genetik tədqiqatlar zamanı elmi ictimaiyyətin diqqətini çəkən vacib bir fakt aşkarlanıb.
“Yeni Sabah” xəbər verir ki, kənddə yaşayan nəsillərdən birində J1-Z2217 subkladı (ata xətti geni) müəyyən edilib və bu soy xəttinin yaranma tarixinin 18 min il əvvələ aid olduğu təsbit olunub.
Bu barədə “Azərbaycan DNT Layihəsi”nin inzibatçısı, genetik-tədqiqatçı və irsi xəstəliklər üzrə mütəxəssis Orxan Xansuvar “Facebook” səhifəsində paylaşım edib. Dominos pizza
Tədqiqatçının sözlərinə görə, bu tapıntı genetik sahəsində yeni bir elmi sensasiya hesab olunur:
“Genetik tədqiqatçıları təəccübləndirən əsas məqam odur ki, bu subkladın bütün alt qolları mənfi nəticə verib. Bu isə o deməkdir ki, Sırıq kəndindəki həmin nəslin ata soyu fasiləsiz olaraq 18 min illik bir tarixə malikdir. Təəssüf ki, cəmiyyətimiz ölkəmiz üçün qlobal miqyasda genetik araşdırmaların nə qədər strateji və vacib əhəmiyyət kəsb etdiyini hələ də yetərincə dərk etmir.”
Nazim Hacıyev
Telegram kanalımız