Yarım ildə bir milyon giriş

saytların hazırlanması

Evə çatdırılma

Yarım ildə bir milyon giriş

Sosial

03 İyul 2019 15:24 1521


Elektron dərslik portalına giriş sayı 1 milyonu keçib.

Təhsil Nazirliyinin “Yeni Sabah”a verilən məlumata görə, bu ilin ilk yarım ili ərzində elektron dərslik portalına (www.e-derslik.edu.az) giriş sayı ötən illə müqayisədə 2 dəfə artıb. 

Belə ki, ötən ilin ilk yarım ilində portala giriş sayı 673 240, səhifələrə ümumi baxış sayı isə 4 849 258 olubsa, cari ilin ilk altı ayında portala giriş sayı 1 199 651, səhifələrə ümumi baxış sayı isə 9 584 492 təşkil edib.  pizza sifarişi

Hazırda portalda 217 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 241 elektron vəsait mövcuddur. Portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 26-ya çatdırılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!