Yaş barama toplanması 10 faizədək artıb

saytların hazırlanması

Evə çatdırılma

Yaş barama toplanması 10 faizədək artıb

Sosial

17 İyun 2019 15:14 1296


İyunun 16-ı tarixinədək kümçülər tərəfindən 553,88 ton yaş barama təhvil verilib. 

Kənd Təsərrüfatı Nazirliyindən “Yeni Sabah”a verilən məlumata görə, bu, 2018-ci ilin ümumi göstəricisindən 40 ton yaxud 7,78% çoxdur.

Ötən il ölkə üzrə 513,9 ton barama tədarük olunmuşdu. Bu il ən çox barama təhvil verən Zərdab (64,7 ton), Zaqatala (51 ton), Füzuli (49,71 ton), Balakən (37,84 ton) və Şəki (37,3 ton) kümçüləridir. Respublikanın 38 rayonunda yaş barama tədarükü davam edir. pizza

Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.

Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.

Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!