Yaşı 60-dan çox olanların nəzərinə

saytların hazırlanması

Evə çatdırılma

Yaşı 60-dan çox olanların nəzərinə

Sosial

30 İyul 2026 13:14 497


ABŞ-də aparılan araşdırmaya görə, 60 yaşdan yuxarı insanların gündəlik yerimə sürətini bir qədər artırması fiziki imkanlarını qorumağa kömək edə bilər.

“Yeni Sabah” Medicina.az-a istinadən xəbər verir ki, dəqiqədə təxminən 14 addım daha çox atan yaşlı insanlar altı dəqiqəlik yerimə testində daha uzun məsafə qət ediblər.

Araşdırmada 60 yaşdan yuxarı 102 nəfər iştirak edib. Dörd ay davam edən proqram zamanı daha sürətli yeriyən iştirakçıların yerimə qabiliyyətində nəzərəçarpacaq yaxşılaşma müşahidə olunub. pizza mizza

Mütəxəssislər bildirirlər ki, bir qədər sürətli yerimək ürək, əzələ və tarazlıq sistemini gücləndirə bilər. Lakin yaşlı şəxslərə fiziki aktivliyi sağlamlıq vəziyyətlərinə uyğun şəkildə artırmaq tövsiyə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!