“Yaxın vaxtlarda xoş xəbər alacağıq“   - Deputat COVID-19 qadağalarının tam ləğvinə eyham vurur?

saytların hazırlanması

Evə çatdırılma

“Yaxın vaxtlarda xoş xəbər alacağıq“ - Deputat COVID-19 qadağalarının tam ləğvinə eyham vurur?

Sosial

25 Mart 2022 19:00 1009


“İnsanlar koronavirus epidemiyasını beyinlərindən ata bilmirlər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, əhali koronavirusla bağlı kifayət qədər bilgilidir: Toyuqlu pizza

“2 ildən çoxdur ki, bütün dünya pandemiya şəraitində yaşayır. Əhalinin yarısı peyvənd olunub. Xeyli insan da virusa yoluxaraq immunitet qazanıb. Cəmiyyətdə insanlar arasında maarifləndirmə işləri aparılıb. Vətəndaşlarımız kifayət qədər məlumatlandırılıb.

Novruz bayramı tətildə insanlar bir-biri ilə daha çox təmasda olsa da, yoluxma sayında kəskin azalma müşahidə olunur”.

M. İbrahimqızının sözlərinə görə, artıq pandemiyanın sonuna yaxınlaşırıq.

“Yolun sonundayıq. Yaxın vaxtlarda xoş bir xəbər alacağıq. Dünyaya pandemiya ilə vida müjdəsi veriləcək”.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!