Yelena Xaxaleva Bakıda saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Yelena Xaxaleva Bakıda saxlanıldı

Kriminal

27 Yanvar 2025 19:31 478


Krasnodar vilayət məhkəməsinin keçmiş hakimi  Yelena Xaxaleva Rusiya Federasiyası Baş Prokurorluğunun tələbi ilə Bakıda saxlanılıb. 

Yenisabah.az xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliklərinə getmək istəyərkən tutulub. 

Qeyd edək ki, Y.Xaxaleva dələduzluq və saxtakarlıqda ittiham olunur. 2022-ci ilin yayında məhkəmə Xaxalevanı qiyabi həbs edib və o, beynəlxalq axtarışa verilib. Daha sonra onun Tbilisidə olduğu xəbəri yayılıb.  Marqarita pizza

“Qızıl hakim ” ləqəbli Yelena Xaxaleva 2017-ci ildə qızına 2 milyon dollara toy təşkil edərkən məşhurlaşıb. Dəvət olunan ulduzlar arasında Nikolay Baskov, Cozef Kobzon və digər məşhurlar da olub.

Xaxaleva daha sonra hakim statusundan məhrum edilib. /Demokrat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!