Yeni dələduzluq növü peyda olub – BELƏ ALDADIRLAR

saytların hazırlanması

Evə çatdırılma

Yeni dələduzluq növü peyda olub – BELƏ ALDADIRLAR

Sosial

17 Sentyabr 2026 12:26 218


Sosial şəbəkələrdə yardım toplamaq adı altında süni intellekt texnologiyalarından istifadə etməklə həyata keçirilən yeni dələduzluq üsulu üzə çıxıb.

“Yeni Sabah” xəbər verir ki, "İkinci əl əşyalar satılır" sosial media qrupunda İlmina Məmmədli adlı profil tərəfindən həyat yoldaşının ağır xəstə olduğu iddia edilərək dərman yardımı tələb olunub.

Paylaşımda qeyd olunub ki, II qrup əlil olan, gözləri görməyən və xroniki böyrək xəstəliyindən əziyyət çəkən şəxsin müalicəsi üçün dərmanları almağa maddi imkan çatmır. İnsanların kövrək hisslərinə toxunaraq yardım istəyən şəxs, eyni zamanda Səhiyyə Nazirliyinin blankında guya həkim Zöhrə Qənbərova tərəfindən İlkin Məmmədliyə yazılmış tibbi reseptin fotosunu da təqdim edib. Dördpendirli pizza

Lakin diqqətli sosial şəbəkə istifadəçiləri təqdim olunan reseptin tamamilə saxta və süni intellekt vasitəsilə generasiya edildiyini aşkar ediblər. Sənədin üzərində saxta olaraq 20.02.2020-ci il tarixinin qeyd edilməsi və şriftlərin süni intellekt məhsulu olması dələduzluq əməlini ifşa edib.

Sosial şəbəkə istifadəçiləri bu cür qanunsuz addımların və saxtakarlıqların həqiqətən yardıma, müalicəyə ehtiyacı olan xəstə insanlara ediləcək yardımların qarşısını aldığını vurğulayaraq vətəndaşları diqqətli olmağa çağırıblar.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!