Azərbaycan iqtisadiyyatının diversifikasiyası və qeyri-neft sənayesinin inkişafı öz bəhrəsini verir.
“Yeni Sabah” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə deyib. Dövlət başçısı qeyri-neft sektorundakı artımı və yeni proqramın gələcək maliyyə təsirini xüsusi vurğulayıb:
"Əgər ölkə iqtisadiyyatının ümumi inkişafına baxsaq görərik ki, artım templəri çox da böyük deyil. Bunun təbii səbəbləri var, ilk növbədə, təbii neft hasilatının aşağı düşməsi. Bizim əsas neft yatağımız “Azəri-Çıraq-Günəşli” artıq 30 ilə yaxındır istismardadır. Ancaq bu gün bizim ümumi iqtisadi inkişafımızın, ümumi daxili məhsulumuzun 1,2 faiz artmasının səbəbi budur. Bu, bizi narahat etməməlidir, çünki bundan daha vacib göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da son 8 ayda, yəni bu ilin 8 ayında 5,4 faiz artım olmuşdur." Toyuqlu pizza
Dövlət başçısı əlavə edib ki, yeni proqramın icrası nəticəsində büdcəyə böyük vəsait daxil olacaq və gözlənilən illik müsbət maliyyə təsiri 1 milyard manatdan çox olacaq.
Nazim Hacıyev
Telegram kanalımız