Asiya Futbol Konfederasiyası (AFC) qitə futbolunda köklü dəyişikliklərə səbəb olacaq yeni layihəsini təqdim edib.
“Yeni Sabah” xəbər verir ki, UEFA-nın analoji turnir modelinə əsaslanan Asiya Millətlər Liqasının rəsmən təsis olunacağı və ilk turnirin 2030-cu ildən etibarən start götürəcəyi bildirilib. Hər iki ildən bir təşkil olunması planlaşdırılan yarış yoldaşlıq görüşlərini əvəzləyərək qitə millilərinin rəqabət səviyyəsini artırmağı hədəfləyir.
Turnirin formatına əsasən, yarış üç fərqli diviziondan ibarət olacaq və komandalar arasında aşağı və yuxarı liqalara keçid (müvafiq olaraq enmə və yüksəlmə) sistemi tətbiq ediləcək. Bütün 47 üzv ölkənin milli komandalarını əhatə edəcək yeni yarış sistemi həm də dənizüstü yığmalar üçün həm Dünya Çempionatı, həm də Asiya Kubokunun seçmə mərhələləri ilə inteqrasiya olunaraq həlledici xarakter daşıyacaq. pizza
Nazim Hacıyev
Telegram kanalımız