Yeni məktəbli formaları hazırlanır

saytların hazırlanması

Evə çatdırılma

Yeni məktəbli formaları hazırlanır

Sosial

18 İyun 2022 01:01 2426


Yeni məktəbli formaları hazırlanır.

Yenisabah.az xəbər verir ki, bunu Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov bildirib.

Onun sözlərinə əsasən, yeni məktəbli formalarının nümunələri artıq hazırdır. Bu formalar ötənilkilərdən fərqlənəcək. Yeni geyimlər kostyum şəklində olmayacaq. Həmçinin qızlar üçün şalvar da nəzərdə tutulub. Dördpendirli pizza

Etibar Əzimovun sözlərinə görə, yeni formaların rəng seçimi ilə bağlı hazırda məktəblərin qərarı gözlənilir.

Yeni formaların parçaları Türkiyədən sifariş edilir. Onların qiymətləri ilə bağlı isə hələlik məlumat yoxdur.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl təhsil naziri Emin Əmrullayev növbəti tədris ilində məktəblərdə vahid geyim formasına keçiləcəyini, amma bu prosesin tədricən baş tutacağını bildirmişdi./Xəzər Xəbər


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!