Yeni tədris ili valideynlərə baha başa gələcək -   Bir məktəbli üçün 300 manat!

saytların hazırlanması

Evə çatdırılma

Yeni tədris ili valideynlərə baha başa gələcək - Bir məktəbli üçün 300 manat!

Sosial

12 Sentyabr 2026 11:02 253


Yeni tədris ilinin başlaması ilə valideynlərin qarşısında ən böyük məsələlərdən biri məktəb xərcləridir. Məktəbli forması, ayaqqabı, çanta, dəftərxana ləvazimatları və digər zəruri alış-verişlər ailələrin büdcəsinə əlavə yük yaradır. Xüsusilə bir neçə məktəbli uşağı olan ailələr üçün bu xərclər daha ciddi maliyyə yükünə çevrilə bilər. 

Bəs bu il məktəbə hazırlıq ailələrə neçəyə başa gəlir və ötən illə müqayisədə xərclərdə nə qədər artım var? 

Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov "Yeni Sabah"a açıqlamasında bildirib ki, istehlak qiymətlərindəki artım məktəbə hazırlıq xərclərinə də təsir göstərir. Toyuqlu pizza

"Öncə qeyd edim ki, ildən-ilə istehlak qiymətləri indeksində yalnız yuxarıya doğru dəyişiklik baş verdiyindən bu və ya digər xərclərdə heç bir hər hansı azalma olmur. Cari ilin yanvar-avqust aylarında ümumi istehlak qiymətləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,7% artıb ki, qeyri-qida məhsulları üzrə bu rəqəm 3,7% təşkil edib. İlkin olaraq ən azı bu rəqəm də varsa, uşağın yeni tədris ilinə ayaq basması üçün alınmalı olan təhsil və tədris ləvazimatlarının üstünə oturacaq və yaxud da, oturub artıq...

Hər il sentyabrda tələbatın bir az da artıq olduğunu nəzərə aldıqda isə demək, 3,7% bir az daha da şişəcək. Deyim ki, iki dəfədən çox... Çeşid, yəni keyfiyyət məsələlərini də diqqət mərkəzinə gətirdikdə bir uşağın cari ildə məktəbə getməyi keçən ildəki ilə müqayisədə orta hesabla 10%-dən çox baha başa gəlir. Bu da 250-300 manatdan yuxarı deməkdir.

Bütün bu qeyd edilənlərə əsasən də əldə olunan qənaət budur ki, cari ildə yeni tədris ili bir neçə məktəbli uşağı olan ailələr üçün daha ciddi maliyyə yükü yaradacaq. Belə ki, 1 uşağın yeni tədris ilinə başlaması, ölkə üzrə orta aylıq nominal əməkhaqqı səviyyəsi göstəricinin 25%-dən çox hissəsinə bərabər məbləğdə başa gəlirsə demək, 2 və ya daha çox məktəbli yaşında uşağı olanlar üçün bu rəqəm 1000 manat civarında təşkil edir. Ölkə üzrə minimum aylıq əməkhaqqı səviyyəsi isə 400 manatdır".

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!