Yeni tədris ilində Azərbaycanda 2,3 milyon nəfər təhsil alacaq

saytların hazırlanması

Evə çatdırılma

Yeni tədris ilində Azərbaycanda 2,3 milyon nəfər təhsil alacaq

Sosial

14 Sentyabr 2026 15:17 83


2026–2027-ci tədris ilində Azərbaycanda 2,3 milyon nəfərin təhsil alacağı gözlənilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında məlumat verib.

Nazir bildirib ki, təhsilalanların 1,6 milyonu ümumi təhsil, 360 mini ali təhsil, 226 mini məktəbəqədər təhsil, 64 mini orta ixtisas, 44 mini isə peşə təhsili üzrə olacaq. pizza hut

Bu il 124 min şagirdin birinci sinfə qədəm qoyacağı qeyd edilib.

Emin Əmrullayev Böyük Qayıdış çərçivəsində işğaldan azad olunmuş ərazilərdə təhsil müəssisələrinin sayının da artırıldığını bildirib.

Onun sözlərinə görə, əvvəlki illərdə həmin ərazilərdə 12 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərirdisə, bu il daha 11 müəssisə fəaliyyətə başlayacaq. Beləliklə, azad olunmuş ərazilərdə ümumilikdə 23 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərəcək və burada 408 uşaq təhsil alacaq.

Nazir qeyd edib ki, ümumi təhsil müəssisələri üzrə də yeni məktəblərin açılması nəzərdə tutulur. Sentyabrın 15-dək 4 yeni ümumi təhsil müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.

Bundan əlavə, köç proqramına uyğun olaraq oktyabr, noyabr və dekabr aylarında da yeni məktəblərin açılması gözlənilir. Bununla da işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 29 ümumi təhsil müəssisəsi fəaliyyət göstərəcək.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!