Yerdə maqnit qasırğası başladı

saytların hazırlanması

Evə çatdırılma

Yerdə maqnit qasırğası başladı

Dünya

15 Fevral 2026 12:14 484


Günəşdəki tac dəliyinin təsiri səbəbindən Yer kürəsində zəif maqnit qasırğası başlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Qeyd olunub ki, hadisənin pik nöqtəsi Bakı vaxtı ilə saat 06 radələrində qeydə alınıb və 1-dən 5-ə qədər olan şkala üzrə G1.3 təşkil edib. Dominos pizza

Laboratoriyanın məlumatına görə, geomaqnit həyəcanlanmalarının ümumi davam etmə müddəti iki sutkaya qədər ola bilər. Alimlər qeyd edirlər ki, bu müddət ərzində qasırğanın G2 (orta) səviyyəsindən yuxarı qalxması ehtimalı azdır.

G1 səviyyəli maqnit qasırğaları kosmik aparatların idarəetmə sistemlərinə kiçik təsirlər göstərə bilər, həmçinin zəif qasırğaların təsiri zamanı yüksək enliklərdə (60 dərəcəyə qədər) qütb parıltıları müşahidə oluna bilər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!