Yerevanda Paşinyan əleyhinə aksiya keçirilir
24 Yan 2021 13:21
237

Yerevanda Paşinyan əleyhinə aksiya keçirilir

Ermənistan müxalifəti Yerevanda ölkə hakimiyyətinə qarşı itaətsizlik aksiyası çərçivəsində avtomobil yürüşü keçirir.

Yenisabah.az-ın məlumatına görə, bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Avtomobil yürüşünün iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.

Xatırladaq ki, müxalifət ötən bazar günü də paytaxtda həmçinin avtomobil yürüşü keçirib. Aksiyanın iştirakçılarından biri polis tərəfindən saxlanılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər