Yetkinlik yaşına çatmayan qızlar 877 uşaq dünyaya gətirib

saytların hazırlanması

Evə çatdırılma

Yetkinlik yaşına çatmayan qızlar 877 uşaq dünyaya gətirib

Sosial

11 Sentyabr 2026 17:20 93


Ötən il Azərbaycanda yeniyetmə yaşda olan qızların ana olması ilə bağlı cəmiyyəti düşündürən və narahatlıq doğuran statistik göstəricilər qeydə alınıb.

“Yeni Sabah” DSK-ya istinadən xəbər verir ki, ötən il ölkə üzrə 15-17 yaşlı qızlar tərəfindən ümumilikdə 877 uşaq dünyaya gətirilib.

Dünyaya gələn körpələrin anaların övlad sayına görə bölgüsü isə acınacaqlı mənzərəni ortaya qoyub. Belə ki, dünyaya gələn uşaqlardan 810-u ilk övlad, 56-sı ikinci övlad, 8-i üçüncü övlad, 3-ü isə dördüncü övladdır. Statistikadan göründüyü kimi, 15-17 yaş aralığında olan 3 yeniyetmə qız artıq dördüncü dəfə ana olub. pizza mizza

Qeyd edək ki, yeniyetmə yaşda hamiləlik və doğum halı həm ananın, həm də körpənin sağlamlığı üçün böyük risklər yaratmaqla yanaşı, gənc qızların təhsildən və sosial həyatdan uzaq düşməsinə səbəb olur. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!