Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı   VACİB AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı VACİB AÇIQLAMA

Sosial

15 Sentyabr 2026 10:41 98


Yetkin şəxsin yetkinlik yaşına çatmayan şəxslə birlikdə cinayət törətməsi öz-özlüyündə onun həmin şəxsi cinayətkar fəaliyyətə cəlb etməsi anlamına gəlmir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə  Ali Məhkəməsinin Cinayət Kollegiyasının qəbul etdiyi qərarda bildirilib.

Qərarda yetkinlik yaşına çatmayan şəxsin cinayətkar fəaliyyətə cəlb edilməsinin müəyyənləşdirilməsi ilə bağlı mühüm hüquqi mövqe açıqlanıb. pizza mizza

Məhkəmənin araşdırdığı cinayət işinin hallarına görə, yetkinlik yaşına çatmayan şəxs əvvəllər götürdüyü mobil telefonu qaytarmaq adı ilə zərərçəkmiş şəxsi görüşə çağırıb. Daha sonra yanında olan yetkin şəxsə zərərçəkmiş barədə məlumat verərək ondan pul almağı təklif edib.

Bundan sonra hər iki şəxs əvvəlcədən razılaşaraq zərərçəkmişi təmirdə olan kafenin yaxınlığına aparıb. Orada zərərçəkmiş bıçaqla hədələnib, ona fiziki zor tətbiq olunaraq pul və digər əmlakı ələ keçirilib.

Aşağı instansiya məhkəmələri yetkin şəxsi quldurluqla yanaşı, yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etməkdə də təqsirli bilərək məhkum edib.

Məhkum isə kassasiya şikayətində yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etmədiyini və buna görə də əməlində Cinayət Məcəlləsinin 170.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmadığını bildirib.

İşi araşdıran Ali Məhkəmə qeyd edib ki, yetkinlik yaşına çatmayan şəxsin cinayətkar fəaliyyətə cəlb edilməsinə görə məsuliyyətin yaranması üçün yetkin şəxsin onu cinayət törətməyə sövq edən konkret hərəkətlər etməsi müəyyən olunmalıdır.

Qanuna əsasən, belə təsir aldatma, vəd vermə, hədə-qorxu, zor tətbiq etmə və ya zor tətbiq etmək hədəsi formasında ola bilər. Başqa sözlə, yetkin şəxsin yetkinlik yaşına çatmayan şəxsdə cinayət törətmək niyyəti və qətiyyəti yaratmağa yönəlmiş fiziki və ya psixoloji təsiri sübuta yetirilməlidir.

Ali Məhkəmə vurğulayıb ki, belə təsirin olması sübuta yetirilmədikdə yalnız yetkin və yetkinlik yaşına çatmayan şəxslərin cinayəti birlikdə törətməsi Cinayət Məcəlləsinin 170-ci maddəsinin tətbiqi üçün kifayət etmir.

Məhkəmə işin hallarını araşdıraraq müəyyən edib ki, yetkin şəxs yetkinlik yaşına çatmayan tanışını cinayət törətməyə sövq etməyib. Onun yetkinlik yaşına çatmayan şəxsi aldatması, ona qazanc və ya başqa vədlər verməsi, hədə-qorxu gəlməsi, zor tətbiq etməsi və ya zor tətbiq etməklə hədələməsi iş üzrə sübuta yetirilməyib.

Əksinə, məhkəmənin müəyyən etdiyi hallara görə, zərərçəkmişdən pul almaq təklifini irəli sürən, onu mobil telefonu qaytarmaq adı ilə görüşə çağıran və bununla da quldurluğun törədilməsi təşəbbüsü ilə çıxış edən məhz yetkinlik yaşına çatmayan şəxs olub.

Bu səbəbdən Ali Məhkəmə məhkumun yetkinlik yaşına çatmayan şəxsi qanunda göstərilən üsullardan hər hansı biri ilə cinayətkar fəaliyyətə cəlb etməsinin təsdiq olunmadığı qənaətinə gəlib və onun əməlində Cinayət Məcəlləsinin 170.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmadığını müəyyən edib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!