DİN-in Baş DYP İdarəsi moped sürücülərinə müraciət edib.
Yenisabah.az xəbər verir ki, bu barədə BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev danışıb.
Onun sözlərinə görə, son vaxtlar moped sürücülərindən çoxlu şikayətlər var: "Onlar tıxaclarda təhlükəli manevrlər edir, heç bir təhlükəsizlik avadanlıqlarından istifadə etmir, yol hərəkəti qaydalarını bəzən kobud şəkildə pozurlar. pizza
Moped sürücülərinin çoxu kuryer xidməti ilə məşğul olur. Hər zaman harasa tələsən bu sürücülər bəzən həm öz həyatlarını, həm də digər sürücülərin həyatlarını təhlükə altında qoyurlar. Belə hallar isə sonda ölüm və xəsarətlə nəticələnə bilir.
Bir daha moped sürücülərindən tələb edirik ki, mopedlərdən istifadə zamanı təhlükəsizlik avadanlıqlarından (dəbilqə və s.) istifadə etsinlər, yolda onlar üçün müəyyən olunan hissədə hərəkət etsinlər, kobud qayda pozuntularına yol verərək nə özləri, nə də digər hərəkət iştirakçıları üçün təhlükə yaratsınlar”.
Telegram kanalımız