Yük maşınları ilə bağlı QIRMIZI XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Yük maşınları ilə bağlı QIRMIZI XƏBƏRDARLIQ

Sosial

28 Sentyabr 2026 10:41 96


Yük avtomobillərinin iştirakı ilə baş verən qəzaların artması fonunda sürücülərə mühüm xəbərdarlıq edilib.

Bu barədə "Yeni Sabah"a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün yük avtomobillərinin sürücüləri bir sıra təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər.

Sürücülərdən müəyyən edilmiş sürət həddini aşmamaq, ara məsafəsini düzgün seçmək, ötmə və manevretmə qaydalarına riayət etmək tələb olunur. Marqarita pizza

Həmçinin yükün çəki və ölçü parametrlərinin normativlərə uyğunluğu, onun düzgün qablaşdırılması və etibarlı şəkildə bərkidilməsi təmin edilməlidir. Nəqliyyat vasitəsinin texniki sazlığına nəzarət olunması, iş və istirahət rejiminə əməl edilməsi, yorğun və yuxusuz halda sükan arxasına keçilməməsi də vacibdir.

Bundan başqa, hərəkət zamanı mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə edilməməli, hava və yol şəraiti nəzərə alınmalıdır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə ciddi əməl etməyə, digər hərəkət iştirakçılarının təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!