Yunanıstanda baş vermiş qatar qəzasına görə 3 günlük matəm elan edilib.
Yenisabah.az “Euronews”a istinadla xəbər verir ki, bu gün səhər saatlarında paytaxt Afinadan Salonikiyə gedən sərnişin qatarı ölkənin şimalında yerləşən Larisa şəhəri yaxınlığında yük qatarı ilə toqquşub.
Bu saata qədər 26 nəfərin cəsədi çıxarılıb. Ən azı 85 nəfər xəsarət alıb və onlar xəstəxanalara çatdırılıblar. Hadisə yerinə 150 yanğınsöndürən, 40 təcili tibbi yardım maşını və 15 patrul maşını ilə 32 polis əməkdaşı cəlb olunub. Dominos pizza
Telegram kanalımız