Yunanıstanın İskiri adasında ötən gün başlayan meşə yanğını ikinci gündür davam edir.
"Yeni Sabah" xəbər verir ki, yanğın adanın Atsitsa bölgəsində yerli vaxtla saat 16:00 radələrində başlayıb. Yanğınsöndürənlər gecə boyu qurudan müdaxilə edib, səhər saatlarından etibarən isə havadan söndürmə əməliyyatlarına başlanılıb.
Əraziyə 4 yanğınsöndürən təyyarə və 2 helikopter cəlb edilib. Bundan əlavə, adaya digər bölgələrdən də əlavə yanğınsöndürmə qüvvələri göndərilib. Marqarita pizza
Bu arada Andros adasında da səhər saatlarında meşə yanğını başlayıb. Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə davam edir./APA
Telegram kanalımız