“Yuxu” qrupunun yaradıcısı vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

“Yuxu” qrupunun yaradıcısı vəfat etdi

Şou

03 İyul 2019 09:10 1188


Azərbaycanın “Yuxu” rok qrupunun yaradıcısı İbrahim Eminov vəfat edib.

"Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, 56 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İbrahim Məhərrəm oğlu Eminov 1963-cü ildə Sumqayıtda anadan olub. Musiqi bəstəkarı və rok ifaçısı olan Eminov 1986-cı ildə “Yuxu” qrupunu yaradıb. O, ifa etdiyi mahnıların sözlərini və musiqisini bəstələməklə yanaşı, qrupun bass gitaraçısı olub.  1989-cu ildə Yuxu qrupu "Xəzərin sahilində" mahnısı ilə Qızıl Payız musiqi festivalında qalib olub.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!