Yuxusuz halda sükan arxasına əyləşməyin -   DYP-dən MÜRACİƏT

saytların hazırlanması

Evə çatdırılma

Yuxusuz halda sükan arxasına əyləşməyin - DYP-dən MÜRACİƏT

Hadisə

22 May 2026 10:51 89


Həftəsonu paytaxt və bölgələr arasında hərəkət intensivliyi yüksəlir.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən mılumat verilib.

Bildirilib ki, hər iki istiqamət üzrə səfərlərin sayının artması nəticəsində, xüsusilə avtomagistrallarda nəqliyyat sıxlığı yaranır ki, bu da qəza riskinə təsirsiz ötüşmür. pizza mizza

Qeyd olunub ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, respublika ərazisində nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib.

Bununla yanaşı qeyd olunmalıdır ki, bəzi hallarda sürücülər tərəfindən qaydalara əməl olunmaması, texniki nasazlıq, tələskənlik və diqqətsizlik nəticəsində ağır yol-nəqliyyat hadisələri qaçılmaz olur. Belə halların qarşısını almaq üçün Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edir:

Səfərə çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlayın, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmayın, sürət həddinə və ötmə-manevretmə qaydalarına ciddi riayət edin. Hazırda mövsüm üçün xarakterik olan yağmurlu hava şəraitini, yoldakı real vəziyyəti nəzərə alın. Uzaq məsafələrə səfərləri fasilələrlə qət edin, yorğun, yuxusuz halda sükan arxasına əyləşməyin.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!