“Doğuluşdan ölənə qədər qadının həyatındakı roluna bax. Səni doğan, sənə süd verən, min bir əziyyətini çəkən, yolunu gözləyən, səni ata edən qadın. Sən öləndə ən çox ağlayan da odur”.
Yenisabah.az xəbər verir ki, bu sözləri "Instagram"da aparıcı Zaur Baxşəliyev yazıb.
O, izləyiciləri ilə düşüncələrini bölüşüb: Dominos pizza
“Qadın torpaq kimidir. Nə əksən, onu da biçəcəksən. Qadına əl qaldırmazdan öncə ananı, bacını və qızını düşün. Onun əlini sənin əlinə bağlayan, bir kişi kimi etibar edən atanı fikirləş. Qadına əl qaldırmazdan əvvəl düşün. Səbir elə,dinlə, danış, anla, sev”.
Telegram kanalımız