Zaurdan Elnarəyə cavab: “Qatıqlaya-qatıqlaya...”

saytların hazırlanması

Evə çatdırılma

Zaurdan Elnarəyə cavab: “Qatıqlaya-qatıqlaya...”

Şou

09 Noyabr 2023 10:28 27443


“Təbliğatda ən böyük rol televiziyaların payına düşür. Nəyi televiziyada təbliğ etsələr, tamaşaçılara nəyi “yedizdirsələr” o da “yeyiləcək”, təbliğ olunacaq, o zövqüdə formalaşdıracaq”. 

Yenisabah.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova qonaq olduğu “Bizimləsən” ictimai-sosial verilişində deyib.

Sənətçi bayağı müğənnilərin və onların oxuduğu bayağı mahnıların bu qədər populyar olmasında günahı televiziyada gördüyünü bildirib: Dördpendirli pizza

“O zamanlar televiziyalarda hər yoldan keçəni efirə buraxmırdılar. Çox ciddi nəzarət vardı. Lakin indi belə deyil”. 

Proqramın aparıcısı Zaur Baxşəliyev “O dövrdə “ABBA” kanalında bayağı dediyimiz musiqilərə az kliplər çəkilmişdi?” deyə Elnarəyə sual ünvanlayıb.

Xəlilova isə cavabında “O mahnıları tənqid edən “ABBA” kanalında “Qatıq kliplər” adlı rubrika vardı” sözlərini dilə gətirib.

Aparıcı bu anda “Elə o “Qatıq kliplər” dediklərinizi – “qatıqlaya-qatıqlaya” gəlib populyar edirlər də... İnsan necə populyar olur, “qatıqlaya-qatıqlaya”. Yəni belə populyar olurlar da... Ağılla-başla populyar ola bilmir axı... ” kəlimələri gülərək ifadə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sema
    Ilk defe Zaur duz soz danişdi. Qatiqlaya qatiqlaya gedirsiz bir gun ayran olacaqsiz bu gedişle.
    3 years ago
  • Ənvər
    Bax indi xoşuma gəldin Zaur. Etiraf etdin ki, səndə qatıqlaya- qatıqlaya efirə həlmisən. Özüdə bu qatıqlamağın hörmətli müğənnimiz Aygün Bayramovaya qarşı etdiyin hörmətsizlikdən sonra başladı. Özünə hörmət eləmirsən heç olmasa doğulduğun o müqəddəs yerə hörmət elə.
    3 years ago