Zəfər Parkı belə olacaq -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Zəfər Parkı belə olacaq - Fotolar

Sosial

12 Fevral 2021 17:41 1244


Vətən müharibəsində şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Astara şəhərində Zəfər parkı inşa edilir.

Yenisabah.az xəbər verir ki, Astara şəhərinin Heydər Əliyev prospektində inşa edilən parkın ərazisi 1400 kvadratmetrdir.

Artıq parkda əsas abidənin tikintisi, ərazinin hasara alınması və hörgü işləri başa çatdırılıb, hazırda suvaq işləri görülür. Ondan sonra üzlük və tamet daşlarının döşənməsinə başlanılacaq. Marqarita pizza

Abidənin mərkəzində Vətən müharibəsinin qalibi - Azərbaycan əsgərinin abidəsi ucaldılacaq.

Parkın ərazisində həmişəyaşıl bəzək kolları və güllər də əkiləcək.

Zəfər parkında tikinti işlərinin aprel ayında başa çatdırılması nəzərdə tutulub. (Azərtac)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!