Zelenski ilk dəfə Serbiyaya səfər edib

saytların hazırlanması

Evə çatdırılma

Zelenski ilk dəfə Serbiyaya səfər edib

Dünya

07 Avqust 2026 21:04 77


Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə Serbiyaya səfər edib və orada ölkə Prezidenti Aleksandar Vuçiçlə danışıqlar aparacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkələrdə yazıb.

Ukrayna lideri vurğulayıb ki, bu gün və sabah Belqradda Vuçiç və Serbiyanın Baş naziri Curo Matsutla mühüm danışıqlar planlaşdırılıb. Toyuqlu pizza

"Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, Avropa İttifaqı ilə münasibətlər və xalqlarımız üçün faydalı ola biləcək digər məsələlər, eləcə də təhlükəsizlik məsələləri barədə danışacağıq", - prezident qeyd edib.

Zelenski həmçinin əlavə edib ki, Ukrayna konstruktiv, qarşılıqlı faydalı və qarşılıqlı hörmət əsasında işləməyə hədəflənib.

Bu səfər Zelenskinin Rusiya-Ukrayna müharibəsi dövründə və ümumilikdə prezidentlik vəzifəsində olduğu müddətdə Serbiyaya ilk səfəri olub.

Xatırladaq ki, iyul ayında Aleksandar Vuçiç digər liderlərlə birgə "Cənub-Şərqi Avropa – Ukrayna" sammitində iştirak üçün Kiyevə yollanmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!