Zəlzələ ilə bağlı SON DƏQİQƏ açıqlaması

saytların hazırlanması

Evə çatdırılma

Zəlzələ ilə bağlı SON DƏQİQƏ açıqlaması

Sosial

08 Aprel 2026 14:21 961


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5.3 maqnituda zəlzələ qeydə alınıb.

Bu barədə “Yeni Sabah”a FHN Mətbuat xidmətindən verilib.

Qeyd edilib ki, zəlzələ ölkənin cənub rayonlarında 4-3 bal hiss olunub.

"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - məlumatda vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!