Zərifə Əlizadə vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Zərifə Əlizadə vəfat etdi

Sosial

24 Avqust 2022 11:53 1764


Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Şərqi Avropa Azərbaycanlılarının Koordinasya Şurasının Serbiya üzrə əlaqələndiricisi Zərifə Əlizadə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. 

Bu barədə “Yeni Sabah”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Zərifə xanımın dəfn mərasimi avqustun 27-də keçiriləcək. O, paytaxt Belqradın Nova Bejaniya məzarlığında torpağa tapşırılacaq.  pizza hut

Bakıda anadan olan soydaşımız Azərbaycan Dövlət Konservatoriyasını (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası), Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirib. 

1989-cu ildən Serbiyada yaşayırdı. Novi Sad Universitetinin Musiqi Akademiyasının professoru idi. 

Azərbaycan Mədəniyyət Mərkəzinin sədri olaraq ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, incəsənətini, doğma dilimizi və adət-ənənələrimizi Serbiyada fəal şəkildə təbliğ edir, bu ölkənin mediası vasitəsilə Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılmasına çalışırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!