Sabah Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Saat 10:00-dan etibarən Zığ qəsəbəsində yerləşən orta təzyiqli qaz kəmərində aparılacaq təmir-quraşdırma işləri ilə bağlı yüksək təzyiqli magistral qaz kəməri üzərində quraşdırılmış “Qaraçuxur əhali” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Marqarita pizza
Qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə-Qorqud, Bahar yaşayış massivləri, MİDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Telegram kanalımız