Zirəddindən zəlzələ proqnozu...

saytların hazırlanması

Evə çatdırılma

Zirəddindən zəlzələ proqnozu...

Sosial

02 Fevral 2025 12:44 565


Öncədən verdiyim zəlzələ proqnozu daha çox Orta Asiya ölkələri, o cümlədən Çin, Tayvan, Malaziya, Yaponiya, İndoneziyaya aiddir.

Bu sözləri Axar.az-a açıqlamasında kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev deyib.

Ekstrasens bildirib ki, sözügedən ölkələrin qonşularının da təhlükə ilə üzləşmə ehtimalı var:

“Mən Mərkəzi Asiya və Avropa qitəsində yerləşən ölkələri təbii fəlakətlər gözlədiyi haqda proqnoz vermişdim. Buna zəlzələ, qasırğa və daşqınlar daxildir. Elə ən çox da daşqınlar olacaqdır”.

O, Azərbaycanla bağlı gözləntilərini də açıqlayıb:

“Azərbaycanda aprel, may, iyun və iyul ayları seysmoloji cəhətdən aktiv aylardır və yeraltı təkanlar baş verə bilər”.

Qeyd edək ki, Zirəddin Rzayev bir neçə gün öncə Teleqram kanalında zəlzələ və qasırğalarla bağlı fevral ayının aktiv oldğunu və 7 yevrala qədər bir neçə ölkədə yeraltı təkanların olacağını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!