Zülfiyyə Qurbanova:   Adam nə qədər “dayı” dəyişər?

saytların hazırlanması

Evə çatdırılma

Zülfiyyə Qurbanova: Adam nə qədər “dayı” dəyişər?

Şou

11 Sentyabr 2025 12:30 864


"Çoxları Həcilərlə gündəmə gəlir. Hərdən qınayıram, hərdən də düşünürəm ki, yaradıcılığı olmayan insan nədən danışsın? Onlar üçün vacib olan əsas məqam odur ki, yaxşı görünüm, bəlkə baxan, bəyənən olar. Adam nə qədər "dayı" dəyişər? Sənət amma qalıcıdır".

Yenisabah.az xəbər verir ki, sənətçi bu fikirləri “Künc-Bucaq” verilişində qonaq olarkən səsləndirib.

O, qadınların uğur qazanmasının hər sahədə çətin olduğunu vurğulayıb: pizza mizza

“Kadr qarşısında hər rolu ifa etmərəm. Çünki biz Azərbaycanda yaşayırıq. Tamaşaçı düşüncəsinə görə bəzi addımlar atmaq düzgün deyil. Bizdə qadın hansısa pilləyə qalxanda dərhal deyirlər ki, görəsən necə nail olub? Halbuki bu, çox çətin prosesdir. Maddi dəyərlərlə səhnəyə gələnlər elə bilirlər ki, o səviyyəyə çatmaq asandır. Teatr məktəbi görənlər isə bu pilləyə yalnız zəhmətlə qalxırlar. Mən 22 ildir bu sahədəyəm və bu illər ərzində çox əziyyət çəkmişəm”.

Zülfiyyə Qurbanova həmkarlarının gündəmdə qalmaq üçün şəxsi həyat mövzularına üstünlük verməsini tənqid edib:

“Bilə-bilə başqa söhbətlərlə gündəmə gələn insanları başa düşmürəm. Çoxları Həcilərlə gündəmə gəlir. Hərdən qınayıram, hərdən də düşünürəm ki, yaradıcılığı olmayan insan nədən danışsın? Yaradıcı adam işini nümayiş etdirir. Mənə gözəllik yox, ifa edilən obraz lazımdır. Adam nə qədər ‘dayı’ dəyişər? Sənət isə qalıcıdır”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!