1 kiloqramı 40 manata satışa çıxdı -   Görənlər inanmır...

saytların hazırlanması

Evə çatdırılma

1 kiloqramı 40 manata satışa çıxdı - Görənlər inanmır...

Sosial

12 Sentyabr 2026 10:36 305


Payızın ən faydalı və vitaminlərlə zəngin meyvələrindən biri olan narın qiyməti diqqət çəkir.

"Yeni Sabah" xəbər verir ki, Meyvəli/Wolt platformasında adi narın 500 qramı 18,90 manata təklif olunur. Bu isə hesablamaya görə 1 kiloqram narın qiymətinin 37,80 manat olduğunu göstərir.

Eyni zamanda, satışda dənələnmiş narın 1 kiloqramı 40 manata təklif olunur. Dördpendirli pizza

Nar payız mövsümündə daha çox istifadə edilən meyvələrdən olmaqla yanaşı, tərkibindəki antioksidantlar, vitaminlər və minerallarla da seçilir. Meyvənin tərkibində C vitamini, kalium və digər faydalı maddələr var. Narın tərkibindəki antioksidantlar orqanizmi oksidləşdirici stressdən qorumağa, ümumi sağlamlığın dəstəklənməsinə kömək edə bilər.

Qeyd edək ki, göstərilən qiymətlər konkret satış məntəqəsinə aiddir və digər mağaza və bazarlarda fərqli ola bilər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!