Bu ilin yanvar-avqust aylarında 1 milyon 100 min şəxsə 1 milyard 503 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.
Bu barədə "Yeni Sabah"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Məlumata görə, hesabat dövründə 515 min nəfərə 844 milyon manat müavinət, 406 min nəfərə 542 milyon manat Prezident təqaüdü, 179 min nəfərə isə sosial sığorta hesabına 117 milyon manat müavinət ödənilib. pizza hut
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödənilən vəsait müavinətlər üzrə 11 faiz, təqaüdlər üzrə 12 faiz, sosial sığorta hesabına müavinətlər üzrə isə 5 faiz artıb.
Bildirilib ki, bu ilin 8 ayında daha 98 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə ümumilikdə 977 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Aytac Əliyeva
Telegram kanalımız