Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
"Yeni Sabah" xəbər verir ki, iclasda Vəkillərin İntizam Komissiyasının rəyləri də müzakirə olunub. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilə töhmət verilib, daha 2 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.
Telegram kanalımız