“Heç vaxt sona çata bilməyəcək” – Mirşahin mərhum Zaur Rzayev haqqında

saytların hazırlanması

Evə çatdırılma

“Heç vaxt sona çata bilməyəcək” – Mirşahin mərhum Zaur Rzayev haqqında

Mədəniyyət

30 Oktyabr 2026 10:49 200


"Real TV"nin baş direktoru Mirşahin Ağayev Xalq artisti Zaur Rzayevlə bağlı paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, o, mərhum müğənninin xatirəsinin uzun illər yaşayacağını vurğulayıb.

M.Ağayev qeyd edib: “Ölmək” və “dünyadan getmək” eyni anlayış deyil. “Ölmək” bir andır. “Dünyadan getmək” isə çox uzun bir prosesdir. O proses doğulan saniyədən başlayır, öləndən sonra da illər, əsrlər boyu davam edir. Bəlkə də, dünyadan getmək heç mümkün olmur… pizza sifarişi

Məsələn, ən gözəl səsli müğənnilərimizdən biri Zaur Rzayev... O öldü. Amma dünyadan getməyə yeni başladı. Çox uzun bir yola çıxdı. Heç vaxt gedib sona çata bilməyəcək. Heç vaxt!”

Xatırlada ki, Xalq artisti Zaur Rzayev oktyabrın 29-da, axşam saatlarında dünyasını dəyişib.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!