Bakıda 111 ev sökülüb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 111 ev sökülüb

Sosial

30 Oktyabr 2026 10:53 131


"Yeni Suraxanı-Hövsan xətti üzrə layihələndirmə işlərinin 30 faizi yekunlaşıb" .

“Yeni Sabah” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

O qeyd edib ki, bu xətt boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə 111 mülkiyyətçi qeydiyyata alınıb, onlarla müvafiq protokollar imzalanıb, kompensasiyalar ödənilib. pizza hut

"Xətt üzrə mühafizə zonasına düşən obyektlərin söküntü işləri başa çatıb, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə çəpərləmə işlərinə başlanılıb.

Bu xətt boyunca stansiyalar üzrə optimallaşdırma işləri aparılıb, stansiyaların yerləri müəyyən olunub".

Bəxtiyar Hacıyevin sözlərinə görə, Yeni Suraxanı-Hövsan xəttində ümumilikdə 4 stansiyanın inşası və ya bərpası planlaşdırılır:

"Yeni Suraxanı-Hövsan dəmir yolu xətti üzrə inşa ediləcək 4 stansiyadan 3-ü Hövsan qəsəbəsində yerləşəcək. Stansiyalardan biri əvvəlki Hövsan Liman stansiyasının ərazisində, digəri Fövqəladə Hallar Akademiyasının yaxınlığında, üçüncüsü isə MİDA yaşayış kompleksinin yaxınlığında inşa ediləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!