FHN “Rəmiş”lə bağlı qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

FHN “Rəmiş”lə bağlı qərar verdi

Hadisə

30 Oktyabr 2026 10:42 133


Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən paytaxt ərazisində aparılan növbəti yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb.

“Yeni Sabah” xəbər verir ki, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Binəqədi rayonunun Biləcəri qəsəbəsində fəaliyyət göstərən hoteldə təftiş həyata keçiriblər.

Rəşid İsmayılov küçəsi, ev 17 ünvanında yerləşən mehmanxanada baş tutan baxış zamanı yanğın təhlükəsizliyi norma və qaydalarına əməl olunmadığı, eləcə də bu sahədə kobud pozuntuların mövcud olduğu müəyyənləşdirilib. İnsanların həyat və sağlamlığına birbaşa təhlükə yaradan halların aşkar edilməsi səbəbindən obyektin işinin dayandırılması qərara alınıb. Marqarita pizza

Qurumdan verilən məlumata əsasən, mehmanxananın fəaliyyətinin qadağan olunması ilə bağlı müvafiq Qərar qəbul edilib və sənədin surəti obyektin rəsmi nümayəndəsinə təqdim olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!