“Məktəblilərin kriminal aləmə marağı artıb”

saytların hazırlanması

Evə çatdırılma

“Məktəblilərin kriminal aləmə marağı artıb”

Sosial

12 Aprel 2022 16:15 2583


“Məkəblilərin kriminal aləmə marağı artıb”.

Bunu Yenisabah.az-a açıqlamasında “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı, təhsil jurnalisti Niyazi Şərifsoy deyib.

Xatırladaq ki, Siyəzən rayonunda 1 saylı tam orta məktəbdə bıçaqlanma hadisəsi baş verib. Həmin məktəbin 9-cu sinif şagirdi, 10-cu sinifdə oxuyanı şagirdi bıçaqlayıb.

Hadisəyə münasibət bildirən ekspert deyib ki, son illər sosial şəbəkələrdə kriminal aləmin təbliğatı güclənib:

“Bu hadisə xoşagələn hal deyil. Cəmiyyəti narahat edir. Yeniyetmələrin kriminal aləmə meyilləri var. Bunun qarşısı mütləq alınmalıdır.

Burada məktəbin üzərinə düşən vəzifələr var. Məktəbdən başqa cəmiyyətdən irəli gələn məsələlər də var. Sosial şəbəkələrdə son illər kriminal aləmin təbliğatı güclənib. Bu kimi hallar bizim hamımızın məbəd hesab etdiyi məktəbə və məkəblilərə təsir edir”.

N.Şərifsoyun sözlərinə görə, məktəbdə təlim-tərbiyyə işinin dügün qurulması bu hadisələrin qarşısını almağa yardımçı olar:

“Burada sinif rəhbərinin, müəllimlərin, psixoloqların rolu böyükdür. Məktəb-valideyn münasibələrinin zəif olması, valideynlərin öz övladlarına qarşı laqeyd yanaşması, kimlərlə oturub-durduğuna, hansı sosial şəbəkələrdən istifadə etdiyini izləməməsi bu kimi halların baş verməsinə səbəb olur”.

Jurnalist qeyd edib ki, problem bu günün deyil:

“Bu problem bu günün deyil. İllər öncə də belə hadisələr olub. Həmin dövrdə informasiya azlığı, sosial şəbəkələrin olmaması bu kimi halları büruzə vermirdi.

Şagirdlərin kriminal aləmə meyil və marağını azltmaq üçün əsaslı şəkildə iş görülməlidir. Sosial şəbəkələrdə qadağa qouyulmalıdır. Videoalara yaş həddinin qoyulması xeyli təsir edər”.

Nəzrin Vahid
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!