İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 24-də keçirilən növbəti hərracda 18 nəqliyyat vasitəsi özəlləşdirilib.
“Yeni Sabah” xəbər verir ki, hərracda bəzi avtomobillərə böyük maraq göstərilib və onların qiyməti start dəyərindən xeyli baha satılıb. Belə ki, ilkin satış qiyməti 5 000 manat müəyyən edilən “Nio ET 5” markalı elektromobil 18 000 manata alıcı tapıb. Start qiyməti 13 000 manat olan “Toyota Camry” markalı avtomobil isə 18 300 manata satılıb.
Satılmış nəqliyyat vasitələrinin tam siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür. Sərfəli qiymətə məhsullar
Qeyd edək ki, nəqliyyat vasitələri üzrə növbəti hərraclar dekabrın 1, 8, 15 və 22-də təşkil olunacaq. Hərraclarda iştirak etmək istəyən şəxslər “emlak.gov.az” və “auksion.gov.az” portalları vasitəsilə siyahıdan seçim edərək qeydiyyatdan keçə bilərlər.
Cəlalə Cəlalqızı
Telegram kanalımız