14 nömrəli marşrutun sürücüsü hamilə qadına hörmətsizlik etdi - Şikayət

saytların hazırlanması

Evə çatdırılma

14 nömrəli marşrutun sürücüsü hamilə qadına hörmətsizlik etdi - Şikayət

Sosial

28 Sentyabr 2026 12:27 62


"BakuBus" MMC-yə məxsus 14 nömrəli marşrut avtobusunda sərnişinlə sürücü arasında dava olub.

“Yeni Sabah” xəbər verir ki, Zema Aydın adlı sərnişinin sözlərinə görə, hadisə "20 Yanvar" metro stansiyası yaxınlığındakı dayanacaqda baş verib.

77-JB-058 dövlət qeydiyyat nişanlı avtobusa minərkən sürücü sərnişinin tam daxil olmasını gözləmədən qapıları bağlayıb, nəticədə vətəndaş qapı arasında sıxılı vəziyyətdə qalıb. pizza

Zərərçəkən şəxs hamilə olduğunu, baş verən halın onun sağlamlığı üçün ciddi təhlükə yaratdığını və bunu sürücüyə bildirdirib. Lakin sürücü üzr istəmək yerinə kobud şəkildə "Bura nazlanma yeri deyil, tez ol", - deyib.

Şikayətçi "BakuBus" MMC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək, sürücülərin işə qəbulu zamanı etik davranış və təhlükəsizlik kriteriyalarına daha ciddi nəzarət olunmasını tələb edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!