Sosial şəbəkədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) ünvanına paytaxtın 18 və 85 nömrəli marşrut xətləri ilə bağlı kəskin şikayət ünvanlanıb.
“Yeni Sabah” xəbər verir ki, Bəhruz Maksim adlı “Facebook” istifadəçisi metronun təmiri ilə əlaqədar xəttə əlavə avtobusların buraxılacağı vəd edilsə də, intervallar daha da uzandığını bildirib. Sərnişin 18 nömrəli marşrutu saat 20:18-dən 21:20-dək gözlədiyini, gələn avtobusun isə salon işıqları sönülü vəziyyətdə hərəkət etdiyini qeyd edib.
Şikayətdə vurğulanır ki, 18 nömrəli marşrutun sürücüləri düşən sərnişin olmadıqda dayanacaqlarda saxlamır, saxlayan zaman isə vətəndaşlara qarşı təhqiramiz ifadələr işlədirlər. Sərnişin bir həftə ərzində 4 avtobusun onu dayanacaqda qoyaraq keçib getdiyini bildirərək qurumu təcili tədbir görməyə çağırıb. Toyuqlu pizza
Nazim Hacıyev
Telegram kanalımız