2 ölü, 1 itkin: Bilgəh çimərliyində faciə  – Video

saytların hazırlanması

Evə çatdırılma

2 ölü, 1 itkin: Bilgəh çimərliyində faciə – Video

Kriminal

25 İyul 2019 08:14 1358


Ötən gün Bakının Sabunçu rayonu ərazisində yerləşən Bilgəh çimərliyində yenə də insan ölümü ilə nəticələnən faciə baş verib.

"Yeni Sabah" bildirir ki, qeyri-çimərlik (nəzarətsiz) ərazidə bir nəfər batıb.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən sahildə aşkar olunub. Cəsəd aidiyyəti üzrə təhvil verilib. Dominos pizza

Olay şahidlərinin verdikləri məlumata görə, ötən gün çimərlik ərazisində 2 nəfər boğulub, bir nəfər isə itkin düşüb.

Bundan başqa, 4 nəfər də boğulma təhlükəsilə üzləşib. Xilasedicilər onları son anda xilas edə biliblər.

Baş verən hadisələrin gürüntülərini təqdim edirik. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!