İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2026-cı ilin yanvar-avqust aylarını əhatə edən daşınmaz əmlak statistikasını açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə ölkə üzrə ümumilikdə 237.785 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq çıxarışlar təqdim edilib. Rəsmi göstəricilərə görə, rəsmiləşdirilən çıxarışların 45.194-ü (19%) ilkin, 192.591-i (81%) isə təkrar qeydiyyatın payına düşüb. Coğrafi baxımdan bu əmlakların 69.688-i Bakı şəhərinin, qalan hissəsi isə ölkə regionlarının payına düşür.
Kateqoriyalar üzrə 116.495 torpaq sahəsi, 60.613 mənzil, 51.504 fərdi yaşayış və bağ evi, 6.505 qeyri-yaşayış sahəsi, 2.174 qeyri-yaşayış binası, 427 əmlak kompleksi və 67 çoxmərtəbəli yaşayış binası qeydiyyata alınıb. Toyuqlu pizza
Paralel olaraq, 8 ay ərzində 167.352 daşınmaz əmlak obyektinə texniki pasport hazırlanıb, 43.021 ipoteka müqaviləsi isə dövlət qeydiyyatından keçirilib.
Telegram kanalımız