24 saat işləyəcək xidmət fəaliyyətə başladı -   Bu ərazinin sakinlərinə şad xəbər

saytların hazırlanması

Evə çatdırılma

24 saat işləyəcək xidmət fəaliyyətə başladı - Bu ərazinin sakinlərinə şad xəbər

Sosial

17 Sentyabr 2026 17:27 115


Xocavənd rayonunda təcili tibbi yardım bölməsi fəaliyyətə başlayıb.

Bu barədə "Yeni Sabah"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Qarabağın bərpası istiqamətində görülən işlər çərçivəsində işğaldan azad olunan ərazilərə qayıdan sakinlərin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi əsas prioritetlərdəndir. pizza sifarişi

Beyləqan rayonunda fəaliyyət göstərən Xocavənd təcili tibbi yardım bölməsi artıq öz doğma ünvanında – Xocavənd rayonunda xidmət göstərir.

Bölmə 24/7 rejimində fəaliyyət göstərir. Xidmətin operativliyinin təmin edilməsi məqsədilə bölmə 3 təcili tibbi yardım avtomobili ilə təchiz olunub. Burada tibb və qeyri-tibb işçisi olmaqla 22 əməkdaş çalışır.

TƏBİB tərəfindən həyata keçirilən tədbirlərin təcili tibbi yardım xidmətlərinin əlçatanlığının və operativliyinin artırılmasına, tibbi xidmətlərin vətəndaşlara daha çevik və səmərəli göstərilməsinə, eləcə də xidmət keyfiyyətinin davamlı yüksəldilməsinə xidmət etdiyi bildirilib.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!