26 ildir qamış komada yaşayan ailə - Video

26 ildir qamış komada yaşayan ailə -
Avq 29, 2019
Oxunma sayı: 331

Füzuli rayonundan  məcburi köçkün Musayev Nergiz Çebrayıl qızı yaşayış şəraitinin yaxşılaşması ilə bağlı ölkə rəhbərliyinə müraciət edib.

Bu haqda “Yeni Sabah”a danışan N. Musayev bildirib ki, Füzuli rayonu işğal olunandan Yuxarı Dilağarda kəndindən məcburi köçkün düşərək rayonun Araz Dilağarda kəndində məskunlaşıb. Həmin vaxt kənd ərazisində qamışdan ev tikərək orada yaşamağa başlayıb. 

Bu müddətdə o həyat yoldaşını itirib və hazırda orta məktəbi bitirən oğlu ilə artıq dağılmaq üzrə olan komada qalmağa məcburdur.

N. Musayeva məsələ ilə bağlı rayonun rəhbərliyinə və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə saysız-hesabsız müraciətlər etdiyini bildirib. Amma ona əl uzadan olmayıb:

“Köçkünlər üçün bu qədər evlər, binalar tikilir, hara müraciət edirəmsə, mənə ev vermirlər. Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət etmişəm. Onlarda mənə deyib ki, yeni salınan qəsəbədə sizə ev veriləcək. 

İndi isə gedirəm ora, deyir ev yoxdu. Müraciət elədiyim heç bir yer mənim müracətimə baxmır. İcra hakimiyyətinin yanında dəfələrlə olmağıma baxmayaraq, onlar məni komitəyə yönləndiriblər. 1993-cü ildən bu evdə yaşayıram. Hamıya ev verilir,bir mənə verilmir. Mən dövlət başçısına müraciət edirəm ki bizə kömək eləsin”.

Ana və əsgərlik yaşına çatan oğlunun yaşadığı tikilinin dəhşətli görüntülərini təqdim edirik:

Yenisabah.az
26 ildir qamış komada yaşayan ailə -
26 ildir qamış komada yaşayan ailə -
26 ildir qamış komada yaşayan ailə -