Sosial şəbəkələrdə vətəndaşların bankların xidmət keyfiyyəti ilə bağlı narazılıqları səngimir.
Bu dəfə “Müştəriyəm, şikayətim var” sosial media qrupunda vətəndaş Murad Əliyev Bank of Baku və onun əməkdaşlarının fəaliyyətindən şikayətlənib.
“Yeni Sabah” xəbər verir ki, şikayətdə qeyd olunur ki, bank əməkdaşlarının sərgilədiyi münasibət müştərinin hüquqlarının pozulması və psixoloji təzyiq həddinə çatıb: Dominos pizza
“Neçə gündür artıq Bank of Baku və əməkdaşlarının etdiyi hörmətsizlik öz əksini tapmır, bu, insanın əsəbləri ilə oynamaqdır, müştərini manipulyasiya etməkdir birbaşa”.
Vətəndaş bildirir ki, mövcud problemləri bank tərəfindən bilinsə də, onlarla əlaqə saxlanılması mümkünsüzdür. Belə ki, rəsmi chat bölməsi, həmçinin “WhatsApp”, “Messenger” və “Instagram” platformalarındakı müraciətlərə cavab verilmir.
Cəlalə Cəlalqızı
Telegram kanalımız